Bhaqavad-gita olduğu kimi
8.99 EUR
Maddi bədənlərə salınmış canlı varlıqlar onların həqiqi biliyini örtən cəhalətlə tamamilə çaşdırılmışlar. İnsan cəhaləti dağıdan biliklə nurlandıqda, bu bilik, sübh çağı aləmi işıqlandıran günəş təki, hər şeyi ona açır.
“Mənə gözəl bir gün bəxş etdiyinə görə Bhaqavad-gitaya minnətdaram. O, kitablar kitabıdır; adama elə gəlir ki, sizinlə böyük bir imperiya danışır; bu kitabda xırda və əhəmiyyətsiz heç nə yoxdur; o, başqa dövrdə və başqa mühitdə, lakin elə bizi narahat edən məsələlər barədə düşünən qədim dərrakənin səsidir”.
Ralf Uoldo Emerson
“Səhərlər mən öz idrakımı Bhaqavad-gitanın valehedici və kosmik fəlsəfəsində çimizdirirəm. Onunla müqayisədə müasir dövr və onun verdiyi ədəbiyyat əhəmiyyətsiz və bayağı görünür”.
Henri David Toro
“Məni şübhələr bürüdükdə, ümidlərim boşa çıxdıqda, vəziyyətdən çıxış yolu tapmadıqda, Bhaqavad-gitaya müraciət edirəm və oxuduğum beyt məni sakitləşdirir; mən dərhal, kədərimi unudaraq, gülümsəməyə başlayıram. Gita üzərində düşünənlər daim yeni həzz duyur və bu kitabda hər gün yeni məna aşkar edirlər”.
Mohandas K. Qandi